1 iyul 2013 02:53
Xəzər Lənkəran Maltada daha bir rəqib tapdı
“Xəzər Lənkəran”ın Maltada bir yoxlama oyunu keçirmək istədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Con Toşakın yetirmələrini hansı komandayla görüşdə sınayacağı bəllidi.
Belə ki, “ağ-yaşıllar” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Sliema” ilə oyundan sonra bu ölkənin digər klubu “Birkirkara” ilə qarşılaşacaqlar. Hansı ki, bu komanda son mövsümdə Malta çempionu olub.
Qeyd edək ki, sözügedən görüş bu həftə baş tutacaq. Amma oyunun dəqiq günü hələ müəyyənləşməyib.
