1 iyul 2013 03:17
Mariehamn Bakıya məğlub gəlir
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “İnter” klubunun rəqibi olan Finlandiya “Mariehamn”ı ölkə çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi “MyPa” ilə üz-üzə gəlib.
Səfərdə keçirilən görüş yenə “Mariehamn”ın məğlubiyyəti ilə başa çatıb. Belə ki, “MyPa” 3:1 hesablı qələbəyə sevinib. “Mariehamn”ın yeganə qoluna Assis imza atıb.
Qeyd edək ki, “Mariehamn” hazırda 17 oyundan sonra 24 xalla beşinci pillədə qərarlaşıb. Bu komanda iyulun 4-də Bakıda “İnter”in qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
