1 iyul 2013 21:15

Con Toşak: Xəzər Lənkəran qrup mərhələsinə vəsiqə qazansa, mənim üçün sürpriz olmayacaq

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah Maltanın “Sliema” klubunun qonağı olacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak bu oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis öncə bunları söyləyib:

“Bilirik ki, çətin oyun olacaq. Özü də indi komandalar üçün heç də asan vaxt deyil. Oyunçulara daha bir neçə yoxlama matçı lazımdı ki, komandaya tam uyğunlaşa bilsinlər. Bizim isə bunun üçün yetərli vaxtımız qalmadı”.
 
Görüşün süni örtüklü meydançada keçirilməsindən narazı qaldığını gizlətməyən Toşak eyni zamanda bunun ciddi problem yaratmayacağını bildirib: “Təbii ki, süni örtük baxımlı futbol üçün heç də yaxşı deyil. Amma biz də dünən süni örtüklü meydançada məşq etmişik. Həm də Azərbaycan klubları üçün sintetik meydança qorxulu hesab olunmamalıdı. Çünki klubların əksəri məhz belə qazonlarda oynayır”.
 
Toşak UEFA-nın oyunun başlama vaxtını iki gün öncəyə keçirməsinin onların hazırlıq planlarına çox ciddi təsir etdiyini də dilə gətirib: “Dediyim kimi, komandama daha bir neçə oyunu keçirmək çox vacib idi. Amma bu, alınmadı. Lakin onu da qeyd etməliyəm ki, maltalılar da eyni vəziyyətdədilər. Yəni komandaların durumu demək olar ki, bərabərdi”.

“Xəzər Lənkəran”ın çalışdırıcısı komandasının Avroliqanın qrup mərhələsinə çıxmaq şanslarından da danışıb: “Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə düşək. Əgər buna nail olsaq, çox sevinərik. Amma indidən hadisələri qabaqlamaq istəmirəm. Belə bir uğura imza atmaq çox çətin olacaq. Eyni zamanda onu da deməliyəm ki, “Xəzər Lənkəran” qrup mərhələsinə vəsiqə qazansa, bu, mənim üçün sürpriz olmayacaq. Mən çoxdan futboldayam və hər cür sürprizlə üzləşmişəm”.

Toşak rəqib komandadan da danışıb: “Sliema”nın öz tarixi var. Bu, heç də yeni komanda deyil. Vaxtilə mən bu komanda üzərində böyük hesablı qələbəyə imza atmışam. Peşəkar karyeramdakı son qolumu da bu kluba vurmuşam. Amma istənilən halda “Sliema”ya hörmətlə yanaşırıq. Çünki onlar Avropada böyük təcrübəyə malikdilər”.
 
Uelsli mütəxəssis artıq start heyətini müəyyənləşdirdiyini də söyləyib: “Demək olar ki, heyəti müəyyənləşdirmişəm. Cəmi bir-iki mövqe ilə bağlı fikrimi tam qətiləşdirməmişəm. Hələ bu barədə düşünmək üçün vaxtım var. Rəqabət böyükdü. Benuahiyə gəlincə, onun zədəsi var. Bu üzdən onun oynayıb-oynamayacağını hələ bilmirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.