1 iyul 2013 11:14
Ələsgərov het-trikə imza atdı, yığmamız qələbə qazandı
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın "1860 München" klubunun U-23 komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb.
Almaniya təmsilçisinin qapısından topları Namiq Ələsgərov keçirib.
