1 iyul 2013 11:41
“Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq”
Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski ölkə çempionatının son turunda “MyPa” klubuna məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan komandanın çalışdırıcısı 1:3 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
“Bu məğlubiyyət bizim üçün çox ağır oldu. Çünki ardıcıl ikinci məğlubiyyətimizi yaşayırıq. Amma futbolçulara böyük iradım olduğunu deməzdim. Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq. Lakin əlimizdən gələni edəcəyik ki, “İnter”lə oyuna qədər mənəvi cəhətdən hazır olaq”.