1 iyul 2013 12:06
Elnur Allahverdiyev: Sliema İnqolştadtdan daha güclüdü
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Slima” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə rəqib barədə danışıb:
“Niyə gizlədək, püşkatmada bizim bəxtimiz gətirdi. Bu rəqibi keçməyə sadəcə borcluyuq. Əgər bunu etsək, ikinci təsnifat mərhələsində “Maccabi” ilə qarşılaşacağıq. Hayfa təmsilçisi güclü rəqibdi. Amma biz bu mövsüm güclü komandalara da qalib gəlmək iqtidarında olduğumuzu sübut etməliyik. Fikrimcə, bunun zamanı yetişib. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər”.

Allahverdiyev “Sliema” ilə oyunlarda mümkün uğursuzluğun bağışlanmaz olacağınıdilə gətirib: “Ola bilər ki, indi “Maccabi”dən danışmağımız hələ tezdi. Amma mənə elə gəlir ki, maltalılara qalib gəlməyə borcluyuq. Əks halda hətta nə olacağını da düşünə bilmirəm. Belə bir uğursuzluğu heç kim qəbul etməyəcək. Bu, əsl faciə olar. İndiyə qədər Avropa Liqasında cəmi bir dəfə mərhələ keçə bilmişik. Bu üzdən komandada müəyyən gərginlik də var”.
Almaniyanın “İnqolştadt” klubu ilə yoxlama oyununu yada salan Elnur bunları söyləyib: “Həmin oyuna biz çox ciddi yanaşırdıq. Çünki avrokuboklar ərəfəsində yeganə oyunumuz idi. Mənə elə gəlir ki, pis oynamadıq. Böyükhesablı qələbə bizi sevindirməyə bilməzdi. Amma mən “İnqolştadt”la “Sliema”nı müqayisə etmək istəməzdim. Bu komandalar bir-birindən xeyli fərqlənirlər. Birincisi, almanlarla görüş sadəcə yoxlama oyunu idi. Maltada isə bizi Avroliqada gərgin mübarizə gözləyir. “Sliema” hər il avrokuboklarda mübarizə aparır və “İnqolştadt”dan səviyyəcə daha yüksəkdi”.