1 iyul 2013 12:28
Mariehamn - İnter matçının başlama saatı açıqlandı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Finlandiyanın “Mariehamn” klubu ilə Bakı “İnter”i arasındakı cavab matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, bu oyun iyulun 11-də keçiriləcək. Qarşılaşma “Viklef Holding Arena”da baş tutacaq.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun iyulun 4-də Bakıda keçiriləcək və saat 21:00-da başlayacaq.
