2 iyul 2013 00:33
Con Toşak Sliema üçün sürpriz hazırlayır
“Xəzər Lənkəran” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Maltanın “Sliema” klubu ilə səfər matçı öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” oyunun keçiriləcəyi arenada hazırlıq keçib.
Con Toşak sözügedən məşq zamanı yetirmələrini daha çox standart vəziyyətlər üzərində çalışdırıb. Belə ki, cənublular daha çox cərimə və künc zərbələri, xüsusi ev tapşırıqları üzərində işləyiblər.
Böyük ehtimalla uelsli mütəxəssisin komandasının bu gün baş tutacaq oyundakı əsas silahı məhz standart vəziyyətlər olacaq və bubunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışacaqlar.
