2 iyul 2013 22:35
Qarabağ Metallurga səfərdə qalib gəldi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb.
Komandamızın rəqibi Makedoniya təmsilçisi “Metallurg”du (Skopye). Kağız üzərində rəqibindən xeyli güclü olan Ağdam klubu vaxtilə məhz bu turnirdə məğlub etdiyi komandaya yenə eyni aqibəti yaşatmaq üçün çətin səfərdən mümkün qədər qənaətbəxş nəticə ilə dönməyə çalışmalıydı. Qurban Qurbanovun yetirmələri çətin səfərdə minimal hesablı qələbə qazanmaqla mərhələ adlamaq yolunda ciddi uğura imza atıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Bakıda keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
2 iyul
Metallurg – Qarabağ - 0:1 (0:0)
Qol: Reynaldo, 64 (0:1)
Baş hakim: Lars Kristoffersen (Danimarka)
Skopye. “Filip II” stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. "Qarabağ" ilk dəqiqələrdən hücuma atılıb
3. Gelaşvilinin zərbəsini qapıçı tutur
8. Meydan sahibləri ilk dəqiqələrdən kobud oyuna üstünlük verirlər
10. "Qarabağ" topa nəzarəti əlində saxlamağa çalışır
16. Nadirovun zərbəsi qapıdan yan keçir
20. "Metallurg" tədricən təşəbbüsə yiyələnməyə çalışır
22. "Ağ-yaşıllar" ikinci qolu vurmaq üçün irəli atılıblar
23. Tounkaranın qapı qarşısına ötürməsinə toxunan tapılmır
24. Gelaşvilinin növbəti təhlükəli zərbəsini son anda yenə rəqib qolkiper dəf edir
30. "Qarabağ" korner qazansa da, bundan yararlana bilmir
35. Lyamçevski hakimlə mübahisəyə görə oyunda sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
36. "Metallurg" az qala hesabı açacaqdı. Amma Simonovskinin zərbəsini son anda Varvodiç kornerə çıxarır
37. Korner vuruşu zamanı müdafiəçilərimiz sayıq oynayırlar
41. "Qarabağ" daha bir korner qazanır. Nadirovun zərbəsi çox təhlükəli olsa da, meydan sahiblərinin bəxti gətirir
45+1. Gelaşvilinin zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ"da Muaremi N.Yusifov əvəzləyir
46. "Metallurg"da isə Radeskini vaxtilə ölkəmizdə çıxış etmiş Çurlinov əvəzləyir
47. "Qarabağ" daha bir korneri boşa verir. Telinin zərbəsi dəqiq olmur
49. Q.Qarayev sarı vərəqə alır
50. Mitrevskinin zərbəsi zamanı qapı dirəyi "Qarabağ"ı qoldan xilas edir
52. Makedoniya təmsilçisi hesabı açmağa yaxın olsa da, Varvodiç yenə komandasını qoldan xilas edir
60. Aqollinin zərbəsini son anda qapıçı dəf edir
62. İqnatovun zərbəsini Varvodiç qaytarır
63. Simonovskini Alomeroviç əvəzləyir
64. QOOOOOOOOOOOOOOOOOL!!!! Reynaldo dəqiq zərbə ilə hesabı açır - 0:1
67. Dalçevskini Krstev əvəzləyir
70. Nadirovun əvəzində meydana M.Səttarlı çıxır
73. "Qarabağ" korner vuruşundan bəhrələnə bilmir
74. Lyamçevskinin uzaqdan zərbəsi dəqiq olmur
74. Krstev də sarı vərəqə alır
80. Oyun daha çox mərkəzdə keçir
84. "Qarabağ"da son dəyişiklik: Gelaşvilini L.Corc əvəzləyir
89. "Qarabağ" əla hücum təşkil etsə də, Reynaldo dubla imza atmaq şansını əldən qaçırır
90+1. Komandamızın kornerdən qol vurmaq istəyi də alınmır
90+2. N.Yusifov sarı vərəqə aldı
Matç başa çatdı
METALLURG: 1. Adrea Yefremov, 3. Boyan Georgiyevski, 7. Blaqoyçe Lyamçevski, 15. Risto Mitrevski, 2. Aleksandr Dalçeski, 8. Oliver Peyev, 11. Vasko Mitrev (k), 27. Lyubomir Stevanoviç, 84. Stoyançe İqnatov, 10. Marko Simonovski, 14. Maryan Radevski.
Ehtiyat oyunçular: 25. Aleksandr İqevski, 19. Ninoslav Dodevski, 23. Martin Şişkov, 4. Kemal Alomeroviç, 20. Mile Krstev, 17. Qoran Maznov, 22. Çvetan Çurlinov.
QARABAĞ: 89. Miro Varvodiç, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo, 20. Riçard Almeyda, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 11. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: Fərhad Vəliyev, 44. Elton Yaqublu, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı.
