2 iyul 2013 22:38
Xəzər Lənkəran ilk oyunda sülh bağladı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da ilk oyununa çıxıb.
Komandamızın rəqibi Malta təmsilçisi “Sliema”dı. Kağız üzərində rəqibindən xeyli güclü olan Lənkəran klubu bunu meydanda da isbatlamağa çalışmalıydı. Hesabı da məhz cənublular açıblar. Amma təəssüf ki, ikinci hissədə komandamız üstünlüyünü əldən verib və heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Lənkəranda keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
2 iyul
Sliema – Xəzər Lənkəran - 1:1 (0:1)
Qollar: J.Nildo, 13 (0:1), N.Ohavuçi, 62 (1:1)
Baş hakim: Eliko Saar (Estoniya)
Taqali. “Centenary” stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Komandamız ilk dəqiqələrdən daha fəaldı
5. Orsuliçin cərimə meydançası həndəvərindən zərbəsi qapıdan aralı keçir
7. Meydan sahiblərinin ilk təhlükəli hücumu qeyri-dəqiq zərbəylə tamamlanır
8. "Sliema" oyunda ilk künc zərbəsi qazanır. Amma müdafiəçilərimiz yaxşı oynayırlar
13. QOOOOOOOOOOOL!!! Tounkaranın sağ cinahdan qapı qarşısına ideal ötürməsini Nildo bir toxunuşla tora qovuşdurur - 0:1
15. "Sliema" hesabı bərabərləşdirmək üçün irəli atılsa da, XL müdafiəsi onların qarşısını almağı bacarır
18. Mukardinin zərbəsinin qarşısı alınır
20. Oyun daha çox mərkəzdə keçir
21. Varvodiç təhlükəli hücum zamanı əla reaksiya ilə yadda qalır
22. Dalçevskinin zərbəsi qapıdan yan keçir
25. Taqalidə hava isti olduğundan futbolçulara su fasiləsi verilir
28. E.Allahverdiyev oyunda ilk sarı vərəqənin müəllifi olur
28. Barbettinin çox təhlükəli zərbəsini Doblas dəf edir
30. Oyun daha çox meydanın rəqibə aid hissəsində keçir
32. XL korner qazanır: Vanderson korneri yaxşı yerinə yetirmir və top meydanı tərk edir
34. Tounkaranın qapıya qüvvətli zərbəsini Zammit tutur
37. XL az qala ikinci qolu vuracaqdı. Amma rəqib qapıçı əla oynayır
41. Orsuliç də sarı vərəqə alır
44. C.Muskat sarı vərəqə alır
45+1. A.Silva da sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Çiliyanın zərbəsini Doblas tutur
48. Meydan sahiblərinin korner vuruşu zamanı müdafiəçilər diqqətli oynayırlar
50. XL-da ilk əvəzetmə: Nildonu Qliqorov əvəzləyir
51. Çiliyanın zərbəsini Doblas dəf edir
52. "Sliema" ikinci hissəyə daha fəal başlayıb
53. Rəqib komandada Çiliyanı Laudisi əvəzləyir
55. Qliqorovun zərbəsi qapıdan aralı keçir
57. XL cərimə zərbəsindən yaxşı yararlana bilmir
59. Zədələnən Skarduelli meydana qayıda bilmir və onu Adrian Pit əvəzləyir
60. Ohavuçi simulyasiyaya görə sarı vərəqə alır
62. Doblasın çıxışda kobud səhvindən sonra A.Silvanın da zərərsizləşdirə bilmədiyi Ohavuçi hesabı bərabərləşdirir - 1:1
64. XL daha bir korneri boşa verir
66. Laudisinin zərbəsini Doblas zərərsizləşdirir
67. Orsuliçin əvəzində meydana R.Ramaldanov çıxır
70. XL növbəti korner vuruşunda da istəyinə çata bilmir
73. Meydan sahiblərinin korner vuruşu nəticəsiz qalır
74. Barbetti sarı vərəqə alır
77. Benuahinin uzaqdan zərbəsi qapıdan azacıq yan keçir
80. "Xəzər Lənkəran"ın hücumları bəhrə vermir
82. Benuahi də zədələnir. Lakin əvəzetmələr bitib. Onun meydana qayıdıb-qayıtmayacağı hələlik bilinmir
83. E.Allahverdiyev ikinci sarı vərəqə ilə meydandan qovulur
84. Meydan sahiblərinin heyətində Mintoffu Martinelli əvəzləyir
85. Zədəli halda meydana qayıdan Benuahi rəqibi yaxşı əks-hücumda yaxalasa da, istəyinə çata bilmir
85. Komandamız daha bir korneri boşa verir
90. Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+3. XL iki ardıcıl kornerdən yaxşı yararlanmır
90+4. Cərimə zərbəsi zamanı Pitin ötürməsini Silva qola çevirməyə yaxın olsa da, hədəfi dəqiq nişan ala bilmir
Matç başa çatdı
SLİEMA: 12. Qlen Zammit, 2. Aleks Muskat, 7. Con Mintoff, 8. Mark Skerri, 10. Nka Ohavuçi, 13. Qatt Baldaççino, 16. Trvor Çiliya, 24. Paltemio Barbetti, 25. Matias Mukardi, 28. Cüzeppe Muskat, 33. Stefano Byankardi.
Ehtiyat oyunçular: 1. Henri Bonello, 4. Branislav Timotiç, 15. Dilan Borq, 3. Luka Martinelli, 11. Aryel Laudisi, 9. Dilon Kokavessis, 27. Migel Kyantar.
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 21. Radomir Todorov, 27. Adrian Skarlatake (k), 99. Marin Orsuliç, 12. Junior Nildo.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 16. Adrian Pit, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov.
