2 iyul 2013 00:45
Şəmkirin sabiq prezidenti vəfat etdi
"Şəmkir" klubunun sabiq prezidenti Şahbaz Süleymanov vəfat edib. Azerisport.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra iyulun 1-də, axşam saatlarında dünyasını dəyişib.
Ş.Süleymanov 2000-ci ilin əvvəllərində "Şəmkir" klubunun rəhbəri olub. Onun rəhbərliyi dövründə komanda iki dəfə Azərbaycan çempionu adını qazanıb. Futbolumuz tarixində məhz "Şəmkir" ilk dəfə Çempionlar Liqasında mərhələ adlayıb.
Allah rəhmət eləsin...
