2 iyul 2013 01:07
“Heyətlə bağlı çatışmazlıqlarımız var”
Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən “Simurq” qardaş ölkədəki ilk yoxlama görüşünü “Spartak”a (Nalçik, Rusiya) qarşı keçirdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Georgi Çixradze oyun və yetirmələrinin hazırlıq durumu haqqında fikirlərini bildirib:
“Bir həftədir burdayıq. İntensiv olaraq məşqlərimizi davam etdiririk. Birinci oyunumuz idi. Əlbəttə, məğlub olmaq istəməzdik. İlk hissədə rəqibə daha yaxşı müqavimət göstərdik. Futbolçularım bunun öhdəsindən layiqincə gələ bildi. Ancaq fasilədən sonra yorğunluq öz sözün dedi. Çünki bizdə heyət baxımdan çatışmazlıqlar var. Hazırda bununla bağlı işlərimizi də davam etdiririk. Rəqibimiz isə artıq hazırlıqlarını tamamlayıb. Sabahdan ölkələrinə qayıdırlar və demək olar ki, tam çempionata hazır komandadı. “Spartak” bizim üçün çox yaxşı rəqib idi. Çünkü komandamın hazırkı hazırlıq durumunu daha real görə bildim. Ancaq hər şeyə rəğmən, ilk hissədəki oyundan razıyam. Düşünürəm ki, qarşıda bizim hələdə vaxtımız var. Çatışmamazlıqları aradan qaldıra biləcəyik”. (klub saytı)
