3 iyul 2013 01:13
Avroliqada daha iki oyun: Estoniya klublarının qara günü (YENİLƏNİB)
Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublarla yanaşı, daha dörd Avroliqa iştirakçısı ilk oyununa çıxıb.
Estoniyanın “Trans” klubu evdə İsveç “Gefle”si ilə üz-üzə gəlib və böyük hesabla məğlub olub. Bu ölkənin daha bir təmsilçisi “Levadia” da səfərdə Uelsin “Bala” komandasına uduzub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları iyulun 11-də keçiriləcək. İlk mərhələnin digər oyunlarına gəlincə, bir iyulun 3-də, qalanları isə ayın 4-də baş tutacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
2 iyul
Trans (Estoniya) – Gefle (İsveç) - 0:3
Qollar: Dubokin, 43-öz qapısına, Dahilberq, 57, Lantto, 90
Bala (Uels) – Levadia (Estoniya) - 1:0
Qol: Şerida, 4.
