1 iyul 2013 13:26

Ruslan Abışovun canı Rusiya himnindən qurtuldu

Növbəti mövsümdən futbol üzrə Rusiya çempionatının oyunları öncəsi ölkə himni səsləndirilməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı (RFS) qərar qəbul edib.
 
Rusiya himni yalnız mövsümün açılış matçlarında, habelə, ölkə yığmasının iştirakı ilə keçiriləcək görüşlərdə səsləndiriləcək. Himnin ifası zamanı azarkeşlər və futbolçuların davranışı bir neçə dəfə qalmaqalla müşayiət olunub. Xüsusən, Şimali Qafqazdakı matçlarda yerli fanatlar Rusiya himnini fitə basıblar. Hətta hazırda “Neftçi”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Şükürov da etirazçılar arasında olub. Şükürov “Anji”də çıxış etdiyi vaxt Mahaçqalada “Sibir”lə 2010-cu il avqustun 30-dakı görüşdən öncə himn səsləndirilərkən, üzünü Rusiya bayrağına tərəf çevirməyib.
 
Bu ilin martında “Krılya Sovetov”un dağıstanlı futbolçusu, vaxtilə Azərbaycanın 17 yaşadək yığmasında da çıxış etmiş Şamil Lahiyalov da himn vaxtı Rusiya bayrağına tərəf çevrilməyib və saqqalını tumarlamaqla məşğul olub. Hər iki futbolçu Rusiyaya qarşı hörmətsizlikdə ittiham edilib. Hazırda Rusiya çempionatında azərbaycanlı futbolçulardan Ruslan Abışov çıxış edir. Abışov Tatarıstanı təmsil edən “Rubin”in şərəfini qoruyur.
 
Qeyd edək ki, Rusiya himni 2010-cu ilin iyulundan Rusiya Premyer Liqası, I və II divizion, gənclərin çempionat və Rusiya Kubokundakı oyunlar öncəsi səsləndirilirdi. Bu təşəbbüsü RFS-in ovaxtkı prezidenti Sergey Fursenko irəli sürmüşdü. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.