3 iyul 2013 00:56
Çempionlar Liqasında yeni mövsüm başladı (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə cəmi dörd klub iştirak edir.
Ermənistanın “Shirak” klubu evdə San Marino “Tre Penne”si ilə üz-üzə gəlib. San Marino təmsilçisi darmadağınla üzləşib. Andorranın “Lusitans” klubu isə Farer adalarının “Streymur” komandasını qəbul edib. Bu görüş isə sülhlə bitib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları iyulun 9-da keçiriləcək.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
2 iyul
Shirak (Ermənistan) - Tre Penne (San Marino) - 3:0
Qollar: Forfana, 36; 55; 64.
Lusitans (Andorra) – Streymur (Farer adaları) - 2:2
Qollar: Alexo, 24-pen; 29 - A.Hansen, 67, L.Hanssen, 69-pen.
