1 iyul 2013 13:44
Georgi Nikolov: Mən buna inanmıram
“İnter”in prezidenti Georgi Nikolov klub saytında növbəti yazısı ilə diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, o, bu dəfə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Peşəkar Futbol Liqasından hər oyun üçün yeni top tələb etməsindən danışıb:
“Bu yaxınlarda hörmət etdiyimiz cənab Toşakın açıqlamasını oxudum. Daha dəqiq desək, onun PFL-dən hər oyun üçün yeni top tələbi barədə açıqlamasını. Prinsipcə, hər şey doğrudu. Toşak qədər peşəkar olmasam da, mən də başa düşürəm ki, bu, oyun keyfiyyətini çox artırar. Bu, təbii ki, həmin topların istehsal olunduğu Pakistan, Vyetnam kimi ölkələrin iqtisadiyyatı üçün də yaxşı olacaq.

Yəqin bilmirsiz ki, peşəkar tennisdə toplar hətta bir oyunda bir neçə dəfə dəyişdirilir. İlk dəyişiklik 9, sonra isə hər 7 hissədən bir dəyişdirilir. Buna isə heç kim gileylənmir.
Məsələ bunda deyil. Tutaq ki, hər oyuna təxminən 10 top lazımdı. Hər top 100 manatadı. Belə çıxır ki, “əməliyyat” hər matçda 1000 manatla ölçülür. Gəlin bunun bütün çempionat üçün balansını hesablayaq: 36 oyun х 10 komanda х 10 top х 100 manat = 360 000 manat! Bura N sayda kubok oyunları və məşqlər üçün topları da əlavə edək. Ümumi məbləğ 400 000 manata gəlib çıxır və bu, şübhə doğurmur.
Məhər Toşak doğrudan elə düşünür ki, PFL bütün bunları klublar naminə pulsuz edər? Mən buna inanmıram. Bütün bunlar peşəkar təmtəraqdı və yenə klubların özləri xərcə düşmüş olacaqlar. Bir sözlə, toplar qızıl qiymətinədi”.