1 iyul 2013 14:45
Azərbaycan millisinin Qəbələdə toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış Qəbələ şəhərində baş tutacaq. Hazırlıq prosesi İyulun 15-dən 28-ə qədər davam edəcək.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı yaxın günlərdə açıqlanacaq.
