1 iyul 2013 15:42
Qarabağ Makedoniyaya gecə saatlarında çatacaq
Sabah Avropa Liqasının birinci təsnifat mərhələsində Skopye “Metallurg”u ilə ilk oyuna çıxmalı olan “Qarabağ”ın hələ də Makedoniyaya yollanmadığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Ağdam klubu Skopyeyə bu gecə yola düşəcək.
Təmsilçimizin Ankaradan İstanbula Bakı vaxtı ilə saat 18:00-da yola düşməsi gözlənilir. İstanbuldan isə komanda Skopyeyə yollanacaq. “Qarabağ”ın mənzil başına gecə saatlarında çatması ehtimal olunur.
Qurban Qurbanovun yetirmələri bu gecə oyunun keçiriləcəyi “Filipp II” stadionunda məşqi nəzərdə tutulmuşdu. Amma komandamız səfərə gec yollandığından, bu məşq baş tutmayacaq. Ağdam təmsilçisi yeganə məşqinə sabah səhər çıxmalıdı.
