1 iyul 2013 17:09
Qəbələ Subotiçlə müqavilə imzaladı (FOTO)
“Qəbələ” Ukraynanın “Volın” klubunda çıxış edən Daniel Subotiçin transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, artıq tərəflər arasında bir illik müqaviləyə imza atılıb.
Serbiyalı futbolçu artıq komandanın düşərgəsinə qoşulub. O, bu gündən startı verilən Türkiyədəki hazırlıq prosesində iştirak edəcək.
Qeyd edək ki, 24 yaşlı forvard 1989-cu ildə Zaqrebdə doğulub. Subotiç həm Xorvatiya, həm də İsveçrə vətəndaşlığı daşıyır. “Basel”in yetirməsi olan Daniel 2012/13 mövsümündə “Volın”da 23 oyun keçirib və 4 qol vurub. O, karyerası ərzində İngiltərənin “Portsmut” (əvəzedici komanda), Belçikanın “Sulte Waregem”, İtaliyanın “Qrosseto”, Rumıniyanın “Universitatea” və “Tarqu Mureş” klublarında, həmçinin İsveçrənin U-19 yığmasında çıxış edib.
