1 iyul 2013 17:38

“Qarabağ Metallurga indi də 4 qol vura bilər”

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Emin İmaməliyevin azerisport.az saytına müsahibəsi
 
- Üç il öncə “Qarabağ”ın Makedoniya “Metallurg”u ilə Avroliqadakı oyunlarında siz də iştirak edirdiniz. Ağdam klubunun bu komandaya qarşı indiki şanslarını necə qiymətləndirirsiz?
- Biz o vaxt bu komandaya elə bir oyunda dörd qol vurmuşduq. Bu gün çox şey dəyişib. “Metallurg” indi daha da güclənib. Amma “Qarabağ” da yerində saymır. Bildiyimə görə, komanda iki yeni hücumçu alıb. Bu, avrokuboklarda çıxış edən komanda üçün vacib məqamdı.
 
- Sizcə, “Qarabağ”ın işi bu dəfə nə dərəcədə çətin olacaq?
- Məncə, bu dəfə daha çətin olmalıdı. Amma “Qarabağ” yenə də bu komandaya dörd qol vura bilər. Sadəcə, rəqibin daha da gücləndiyini nəzərə almaq lazımdı. Həm də makedoniyalılar güman ki, həmin məğlubiyyəti unutmayıblar. Bu üzdən revanşa kökləndikləri şübhə doğurmur. Makedoniya klubu “Qarabağ”ın sirrlərini bilir. Bu ölkədən Azərbaycanda oynayan, çalışan bir neçə futbolçu, məşqçi var.
 
- “Qarabağ”ı növbəti mərhələdə Polşa “Piast”ı gözləyir. Bu komanda danışmaq tez deyil ki?
- Hələlik, tezdi. Amma “Qarabağ” özündə güc tapsa, bu komandanı da keçə bilər. Məgər “Visla”nı keçən elə bu “Qarabağ” deyildi? Hazırda komandada xeyli legioner var və onlar öz sözlərini deməlidilər.
 
- Sizin digər keçmiş klubunuz – “İnter”i Finlandiya “Mariehamn”ı ilə oyun gözləyir. Bu komandanın şansları barədə nə deyə bilərsiz?
- “İnter” həmişə avrokuboklarda bütün gücünü qoyur. Amma onların bəxti gətirmir. Bu dəfə isə bəxtsizliyə son qoymaq lazımdı. “Bankirlər” bu ölkənin HJK klubuna Birlik Kubokunda qalib gəlməyi bacarıb. “Mariehamn” isə ondan da zəif komandadı. Əlbəttə, onlar da mərhələ adlamağa çalışacaqlar. Amma mən “İnter”in bu oyunlarda xüsusi çətinlik çəkəcəyini düşünmürəm.
 
- Bəs Malta “Sliema”sı ilə qarşılaşacaq “Xəzər Lənkəran”?
- Məncə, bu komanda ilə oyunlar “Xəzər Lənkəran” üçün növbəti mərhələyə hazırlıq xarakteri daşıyacaq. Bununla “Maltada futbol oynamağı bacarmırlar” demək istəmirəm. Sadəcə, komandamız bu rəqibinə heç bir şans verməməlidi. Hayfa “Maccabi”si isə tamamilə fərqli komandadı. Amma “Xəzər Lənkəran” da ən azından iki mərhələ keçəcək gücdədi. Baxmayaraq ki, İsrail klubu ilə görüşlərdə çətin olacaq.
 
- “Neftçi” də Albaniya çempionu “Skenderbeu” ilə üz-üzə gələcək...
- “Neftçi”nin son mövsümdəki uğurdan sonra büdrəməyə haqqı yoxdu. Həm də onların Avropa Liqasının qrup mərhələsinə düşmək şansları daha yüksəkdi. Bunun üçün Çempionlar Liqasında iki mərhələ keçmək yetərlidi. Fikrimcə, “Neftçi” albanları keçəcək. Amma ondan sonra çox şey “ağ-qaralar”a hansı rəqibin düşməsindən asılı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.