1 iyul 2013 17:25
Azərbaycan - Mali oyunu canlı yayımlanacaq
İyulun 2-də Hərbçilər arasında 1-ci dünya futbol kuboku turniri start götürəcək. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə bir oyun keçiriləcək.
AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Mali komandaları qarşılaşacaq. Saat 21:00-da başlaycaq oyun İdman Azərbaycan televiziya kanalı və AFFA-nın internet televiziyası vasitəsilə canlı yayımlanacaq.
