1 iyul 2013 17:56
Yığmamız yenə də məğlub oldu
Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamız bu gün “Sudwestdeutskher” komandası ilə qarşılaşıb.
Millimiz bu dəfə də 2:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində Nicat Süleymanov və Rövlan Muradov fərqlənib.
