2 iyul 2013 18:20
Xəzər Lənkəran Maltada dəstəksiz qalmayacaq
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta “Sliema”sı ilə qarşılaşacaq “Xəzər Lənkəran” səfər matçında dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı təxminən 50-yə yaxın azarkeş dəstəkləyəcək.
Bunlar “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali” Şirkətlər Qrupunun Maltadakı ofisində çalışan əməkdaşlarıdı.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” matçı saat 20:45-də start götürəcək.
