2 iyul 2013 20:28
Bakı Milinko Pantiçi təqdim etdi
“Bakı” yeni baş məşqçisi Milinko Pantiçi ictimaiyyətə təqdim edib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis hələ bir neçə gün öncədən Azərbaycana gəlmiş, hətta komandasını yeni mövsümə hazırlaşdırırdı.
Amma klub prezidenti Hafiz Məmmədov Azərbaycanda olmadığından, onun rəsmi təqdimatı yubanırdı. Nəhayət bu gün həmin tədbir baş tutub. Mərasimdə Hafiz Məmmədov da iştirak edib.
Qeyd edək ki, Pantiç iki gün sonra komandasını Avstriyaya təlim-məşq toplanışına aparacaq.
