2 iyul 2013 20:33
Hafiz Məmmədov Milinko Pantiçdən danışdı
“Bakı”nın prezidenti Hafiz Məmmədov yeni baş məşqçi Milinko Pantiçin təyinatından danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan təqdimat mərasimində öncə bunları dilə gətirib:
“Pantiç barədə çox danışmaq istəmirəm. Onsuz da bu mütəxəssisi hamınız yaxşı tanıyırsız. Öncə də demişdim ki, klubumuzda dəyişikliyə ehtiyac var. Madrid “Atletico”sundakı dostlarımızın məsləhətlərindən yararlandıq. İspaniya klubunun baş direktoru Migel Anhel Marindən kömək istədim. Elə Pantiçi də mənə o məsləhət bildi. İnanıram ki, Pantiçlə komandamız böyük uğurlara imza atacaq. Vaxtilə o, yaxşı futbolçu olub, “Barcelona”ya dörd qol vurub. İndi o, bizim baş məşqçimizdi və yeni komanda formalaşdırmalıdı. Gənc və təcrübəli futbolçuların sintezindən güclü komanda qurmalıyıq”.