2 iyul 2013 20:54
Milinko Pantiç: Əlimdən gələni edəcəyəm ki...
“Bakı”nın yeni baş məşqçisi Milinko Pantiç paytaxt klubunun sükanı arxasına gətirilməsindən danışıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis bu gün baş tutan təqdimat mərasimində öncə bunları söyləyib:
“Mən çox şadam ki, hazırda bu klubun sükanı arxasındayam. Klub prezidentinə buna görə minnətdaram. Mənə başqa təkliflər də var idi. Amma “Bakı”nın layihəsini daha çox bəyəndim. Ümid edirəm ki, mənə olan ümidləri doğruldacağam. Əlimdən gələni edəcəyəm ki, klub qarşısına qoyulan hədəflərə çataq. Mən rəqabəti sevirəm”.

Pantiç köməkçilərindən də danışıb: “Mən bura öz köməkçilərimlə gəlmişəm. Görüləsi çoxlu işlər var. Ona görə də hələ Bakı şəhəri ilə tanış ola bilməmişəm. Migel Anhel Martinə də təşəkkürümü bildirirəm ki, məni bu kluba məsləhət görüb. Çalışacağam ki, “Bakı” ilə “Atletico” arasındakı əməkdaşlığa da töhvə verim. Bizə mətbuatın da köməyi lazımdı. Ona görə istərdim ki, tənqid edəndə komandanı yox, məni hədəf seçəsiz”.