2 iyul 2013 22:51

Mübariz Mənsimov: Xəzər Lənkəran həm Avroliqanın qrup mərhələsinə çıxmalı, həm də çempion olmalıdı

“Xəzər Lənkəran”ın fəxri prezidenti mübariz Mənsimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubu ilə oyunu izləmək üçün gəldiyi Taqalidə azerisport.az saytına bəzi açıqlamalar verib. O, fasilə zamanı verdiyi açıqlamada ilk hissə ilə bağlı bunları dilə gətirib:

“Oyuna yalnız 90 dəqiqədən sonra qiymət vermək olar. Amma Malta klubu çox zəifdi. Əgər onu da keçə bilmiriksə... Bu komanda üzərində ancaq qələbə gözləyirəm. Onları mütləq keçməliyik”.
 
Cənub klubunun sahibi komandadan gözləntilərini də dilə gətirib: “Biz daha çox Avroliqanın ikinci təsnifat mərhələsinin oyunlarına hazırlaşmalıyıq. Mənə elə gəlir ki, “Xəzər Lənkəran” nəinki iki mərhələ keçməli, hətta qrup mərhələsinə vəsiqə qazanmalıdı”.

Mənsimov komandasının Premyer Liqanın yeni mövsümdə də uğur qazanacağına inanır: “Mən komandadan ancaq çempionluq istəyirəm. Başqa heç nə. Növbəti mövsüm bizim üçün yubiley olacaq. Ona görə də hədəfimiz mövsümü birinci yerdə başa vurmaq olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.