2 iyul 2013 23:10
Qurban Qurbanov: Bakıda işimiz daha asan olacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurg” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Bizim qarşılaşmamızın birinci hissəsi başa çatdı. İsti olduğundan oynamaq çətin idi. Bu gün əsas hədəfimiz qol buraxmamaq idi. Bakıda işimiz daha asan olacaq. Bizi orda daha maraqlı oyun gözləyir. Hər şeyə rəğmən, rəqibimiz ciddi komandadı. Onlar nəticəyə oynamağı bacarırlar”.