2 iyul 2013 23:34
Metallurgun baş məşqçisi: Qarabağ layiqli qələbə qazandı
Makedoniyanın “Metallurg” klubunun baş məşqçisi Srcan Zaharyevski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
“Bizim hazırlıq üçün az vaxtımız oldu. Amma rəqibi yaxşı analiz etmişdik. Onları yaxşı tanıyırdıq. “Qarabağ” tam biz gözlədiyimiz kimi oynadı. Rəqib mərkəzi ələ keçirmişdi. Fikrimcə, rəqib layiqli qələbə qazandı. Amma ümidimizi itirmirik. Niyə də Bakıda qələbə qazanamayaq”?