2 iyul 2013 23:47
Toşakla Qreko jurnalistlərin suallarını cavablandırmadı
Avropa Liqasının birinci təsnifat mərhələsinin “Sliema” (Malta) – “Xəzər Lənkəran” oyunundan sonra komandaların baş məşqçiləri Alfonso Qreko ilə Con Toşak jurnalistlərin suallarını cavablandırmayıb. Azerisport.az xəbər verir ki, bu, komandamızı qəbul edən Malta klubunun mətbuat konfransı keçirməməsi səbəbindən belə alınıb.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” matçı 1:1 hesabıyla başa çatıb.
