2 iyul 2013 11:56
Terek bir gündə həm Neftçi, həm də Xəzər Lənkəranın potensial rəqibi ilə qarşılaşacaq
Azərbaycan çempionu “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi daha bir oyunun vaxtı dəqiqləşib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Rusiyanın “Terek” klubu ilə iyulun 9-da görüşəcək.
Bakılıların Qroznı təmsilçisi ilə qarşılaşacağı əvvəlcədən bilinsə də, tarix yalnız indi müəyyənləşib. Əvəzində “Neftçi”nin “Terek”in hansı heyəti ilə qarşılaşacağı bilinmir. Belə ki, rusiyalılar həmin gün 2 heyətlə 2 fərqli matç keçirəcək. Komandanın bir heyəti Azərbaycan çempionu ilə qarşılaşacaqsa, digəri “Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi İsrail “Maccabi”sini sınağa çəkəcək.
