2 iyul 2013 12:31
Neftçinin almaq istədiyi hücumçuya daha iki müştəri çıxdı
“Neftçi”nin Belçikanın “Kortrijk” klubundan almaq istədiyi Ernest Nfora daha iki müştəri çıxıb. Azerisport.az xəbər verir ki, kamerunlu forvardla bu ölkənin “Waasland-Beveren” və “Mons” klubları da maraqlanır.
Hollandiya mətbuatının yaydığı məlumata görə, Nforun “Neftçi”yə keçidi daha inandırıcı görünür. Amma futbolçunun Azərbaycan çempionunun düşərgəsində olmasına rəğmən, keçidinin rəsmiləşməməsi də xüsusi qeyd olunur.
Qeyd edək ki, “Neftçi” Nforu bir şərtlə heyətinə qatmaqda maraqlıdı. Paytaxt klubu futbolçunun “Kortrijk” klubundan rəsmən ayrılıb, azad agent kimi müqavilə bağlamasını istəyir. Nforun klubu ilə danışıqlarının necə nəticələnəcəyi isə hələlik bilinmir.
