3 iyul 2013 00:07
Metallurgun azarkeşləri Qarabağın futbolçusunu təhqir etdilər
Makedoniyanın “Metallurg” klubunun azarkeşləri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyun zamanı xoşagəlməz hərəkətlə yadda qalıblar. Azerisport.az xəbər verir ki, makedoniyalı tərəfdarlar Ağdam klubunun hollandiyalı hücumçusu Leroy Corcu təhqir ediblər.
Belə ki, qaradərili forvardın topa hər toxunuşu zamanı meydan sahibləri müxtəlif meymun səsləri çıxarıblar.
