3 iyul 2013 00:16
Rəşad Sadıqov: Reynaldo ikinci qolu vurmağa borclu idi
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurg”una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun alındı. Skopyeyə necə çətinliklə çatdığımızı hamı bilir. Özü də bütün bunlar təlim-məşq toplanışının ardından yaranan yorğunluq fonunda baş verdi. Matç zamanı da bu yorğunluq öz sözünü dedi. Bu üzdən tam gücümüzlə oynaya bilmədik”.
“Çətin oyun alındı. Skopyeyə necə çətinliklə çatdığımızı hamı bilir. Özü də bütün bunlar təlim-məşq toplanışının ardından yaranan yorğunluq fonunda baş verdi. Matç zamanı da bu yorğunluq öz sözünü dedi. Bu üzdən tam gücümüzlə oynaya bilmədik”.
Sadıqovun fikrincə, birinci hissədə onlara daha çətin olub: “Xüsusilə ilk yarıda işimiz daha çətin idi. Çünki isti olduğundan günün altında oynamaq əlavə çətinlik yaradırdı. Müasir futbolda yay vaxtı belə bir saatda oyun keçirilməsini düzgün hesab etmirəm. Oyunun niyə belə tez başladığını başa düşə bilmirəm. İkinci hissədə isə bizə daha asan oldu. Təəssüf ki, cəmi bir qol vura bildik”.
“Reynaldonun qolu bizim qələbə qazanmağımıza kömək etdi. Amma o, daha bir qol vura bilərdi. O, matçın sonunda qapıçı ilə üz-üzə qaldığı epizodda fərqlənməyə borclu idi. Əgər ikinci qolu da vursaydıq, cavab matçında işimiz daha asan olacaqdı. Amma 1:0 hesabı sürüşkəndi və cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Çünki xoşagəlməz aqibətlə üzləşə bilərik”.
Sadıqov sonda bunları dilə gətirib: “İnanın ki, “Metallurg” bu məğlubiyyətlə barışmayacaq. Bakıda bizə çox çətin olacaq”.
