3 iyul 2013 00:25
Elnur Abdullayev: Qazon faciəvi gündə idi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları söyləyib:
“Qazon faciəvi gündəydi. Mən çoxdan idi ki, belə meydançada oynamırdım. Fikrimcə, oyunun nəticəsi qənaətbəxş sayılmalıdı. Əminəm ki, biz Lənkərandakı cavab oyununda növbəti mərhələyə çıxmağı bayram edəcəyik”.
