3 iyul 2013 00:49
Riçard Almeyda: Hava şəraiti qaçmağa imkan vermirdi
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurg” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Çətin oyun oldu. Hava qaçmağa imkan vermirdi. Amma ən əsası odu ki, bütün çətinliklərə rəğmən, qalib gəlməyi bacardıq. Avrokuboklara uğurla başladıq. İndi cavab görüşünə ciddi hazırlaşmalıyıq. Ümid edirəm ki, Bakıdakı oyununda xoşagəlməz aqibətlə üzləşmərik”.
