2 iyul 2013 13:36
DÇ iştirakşılarının paytaxt gəzintisi (FOTOLAR)
İyulun 1-də Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında keçirilən birinci Dünya Çempionatında iştirak edən komandaların üzvləri, xarici ölkələrin nümayəndələri üçün Bakı Milli Parkında gəzinti təşkil edilib. Azerisport.az xəbər verir ki, yarış iştirakçılarına Bakının və bulvarın tarixi barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Milli Parkda gəzinti üçün nəzərdə tutulmuş elektrobuslara minərək Bayraq meydanına gediblər. Daha sonra yarış iştirakçıları marşurut üzrə Fəvvarələr meydanına gəliblər. Burada qonaqlar onlar üçün açıq havada təşkil edilmiş xüsusi konsert proqramına qatılıblar. Ədəbi-musiqili konsert proqramında Azərbaycan klassikləri ilə yanaşı, dünya klassiklərinin də əsərləri ifa edilib.
Proqramın ən maraqlı hissəsi isə hərbçilər arasında keçirilən birinci Dünya Futbol kubokunun talismanı olan cırtdanla bağlı olub. Kubokun talismanı cırtdanlar qonaqları xüsusi salamlayıblar. Azərbaycanın nağıl qəhrəmanı olan və həmişə sonda qalib gələn cırtdanlarla qonaqlar xatirə şəkilləri çəkdirərək bu mənzərədən məmnunluqlarını bildiriblər.
