3 iyul 2013 01:31
Xəzər Lənkəranda heyətlə bağlı ciddi itkilər yarandı
Avropa Liqasının birinci təsnifat mərhələsinin Malta “Sliema”sı ilə ilk oyunu “Xəzər Lənkəran” üçün təkcə qələbəni əldən verməsiylə məhdudlaşmayıb. Azerisport.az xəbər verir ki, cənub klubu 1:1 hesabıyla başa çatan görüşdə həm də bir neçə aparıcı futbolçusunu itirib.
Belə ki, komandanın iki üzvü ciddi zədə alıb. Bunlar komandanın yeni transferi Junior Nildo ilə yarımmüdafiəçi Vanderson Skarduellidi. Nildo ilk yarıda zədələnsə də, 50-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qaldı. Skarduelli isə 58-ci dəqiqədə sıradan çıxdı və meydana dönə bilmədi.
Onlarla yanaşı bu oyuna onsuz da zədəli çıxan Zohair Benuahi də bir neçə dəfə yerdə qaldı və ağrılardan əziyyət çəkdiyi aşkar hiss olunurdu. Amma Con Toşak bütün dəyişiklikləri etdiyindən, onun əvəzlənməsi mümkün olmadı.

Hələlik bu futbolçuların hansı müddətə sıradan çıxdığı dəqiq bilinmir. Hər üç futbolçunun cavab görüşündə meydana çıxıb-çıxmayacağı sual altındadı.