2 iyul 2013 13:58

AZAL 2 futbolçudan imtina etdi, birini sınayır

AZAL yeni mövsümə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur.
 
Vaqif Sadıqovun komandası bu məqsədlə düşərgəsinə yeni futbolçular çağırıb. “Təyyarəçilər” bir neçə gün idi ki 3 ukraynalı futbolçunu sınayırdı. Bunlar Viktor Rojkovu, Artur Siryak və Anton Korolçukdu.
 
Qeyd edək ki, 1984-cü ildə Odessada anadan olan Viktor Raskovun 29 yaşı var. Onun son klubu “Helios” olub. 29 yaşlı forvard 2011-ci ildən çıxış etdiyi klubda 63 oyunda meydana çıxıb və 20 qol vurub. Viktor əvvəllər Ukraynanın “Chernomorets”, “Şaxtyor” (Donetsk), “Maşinstroitel”, “Dnester”, “Arsenal”, “Stal” və Litvanın “Şaulyay” klublarında forma geyinib.
 
Hücumçu Artur Siryakın isə 24 yaşı var. Futbolun sirrlərini “Şaxtyor”, “Dnepr”, “Metallurg” kimi klubların aşağı yaş qruplarında öyrənən Arturun son iş yeri “Poltava” olub. O, bu klubda 26 oyun keçirib və 3 qol vurub. Siryak əvvəllər “Xarkov”, “İlliçivets” və “Prikarattya” klublarında top qovub.
 
Anton Korolçuk isə Kiyev “Dinamo”sunun yetirməsidi. 26 yaşlı yarımmüdafiəçinin son klubu “Krımteplitsiya” olub – 6 oyun. Anton karyerası ərzində Ukraynanın CSKA, “Krivbass”, “Niva”, “Xarkov”, “Yednist” və “Helios” klublarında oynayıb.
 
Sadıqov onları bir neçə gün sınadıqdan sonra artıq ikisini geri qaytarıb. Belə ki, Siryakla Korolçuk məşqçilər korpusunun xoşuna gəlməyib. Rojkov isə hələ də sınanmaqdadı. Onun iyulun 6-da “Sumqayıt”la oyunda bir daha sınaqdan keçirilməsi nəzərdə tutulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.