2 iyul 2013 14:23
Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olundu (FOTOLAR)
İyulun 2-də Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi və bir sıra rəsmi qonaqlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri ilə birlikdə Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyublar. Azerisport.az xəbər verir ki, nümayəndə heyəti akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gedərək şəhidlərin məzarları üzərinə gül dəstəsi və Əbədi Məşəl önünə əklil qoyublar.
