3 iyul 2013 01:45
Toşak Sliema ilə heç-heçəni şərh etmək istəmədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubuna qarşı keçirdikləri ilk oyunu şərh etmək istəməyib. Azerisport.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan oyundan sonra mətbuat konfransı keçirilməyib.
Komandamızın məskunlaşdığı oteldə də ondan görüşlə bağlı fikirlərini öyrənmək cəhdlərimiz faydasız qaldı: “Mən bu gün danışmayacağam. Nə vaxt? Yəqin ki, sabah”.
