3 iyul 2013 02:06
Hafiz Məmmədov: Pantiç qızıl dubla imza atmaq istəyir
“Bakı”nın prezidenti Hafiz Məmmədov komandanın yeni baş məşqçisi Milinko Pantiçin qarşısına qoyulan hədəflərdən danışıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın rəhbəri bunları söyləyib:
“Bizim məşqçilərimiz həmişə iddialı olub. Pantiç də mənə dedi ki, o, çempion olmaq və kuboku qazanmaq istəyir. Bu, onun ambisiyalı olmasından irəli gəlir. Yeri gəlmişkən, Böyükağa Hacıyevə halaldı. O, “Neftçi” ilə qızıl dubla imza atdı. Komandasını Avropa Liqasının qrup mərhələsinə də çıxardı. Fikrimcə, bu, böyük uğurdu”.