2 iyul 2013 14:43
Sliema Xəzər Lənkəranı yardımçı meydançada qəbul edəcək (FOTO)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran” səfərdə Maltanın “Sliema” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, maltalılar komandamızı “Centenary” stadionunda qəbul edəcəklər.
Lakin komandamız bu arenanın heç də əsas meydançasında yox, əlavə qazonunda oynamaq məcburiyyətində qalıb. Məsələ burasındadı ki, “Sliema” öz rəqiblərinin məhz “Centenary” stadionunun yardımçı meydançasında qəbul edir. Bu arenanın əsas meydançasında isə Malta yığmasının ev oyunları keçirilir.
