2 iyul 2013 14:55
“Skenderbeuda heç kim Neftçiyə məğlub olmaq haqda düşünmür”
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Adrian Takay ölkə mətbuatına müsahibə verib. Azerisport.az sizi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klub rəhbərinin müsahibəsi ilə tanış edir.
- Komanda artıq Avstriya toplanışı çərçivəsində dörd yoxlama oyunu keçirib. Bu görüşlərin nəticəsini necə dəyərləndirərdiz?
- Bu, dünyanın sonu deyil. Biz yaxşı komandalarla qarşılaşmışıq. Həmin “Şaxtyor” İspaniyanın “Barcelona” klubunu da məğlub edib. Uşaqlardan bu cür komandalar üzərində qələbə gözləmək çətin idi. Mən belə hesab edirəm ki, bu cür klublarla qarşılaşmaq nəticədən asılı olmayaraq, bizim futbolumuz üçün şərəfdi.

- Bu oyunların nəticəsi “Neftçi” ilə oyunlarda uğur qazanacağınıza dair ümidləri azaltmır ki?
- Mən komandanın dörd oyunundan üçün özüm izləmişəm. Oyunçuların durumu ilə bağlı yetərincə məlumatım var. Baş məşqçimizin komandanı “Neftçi” ilə oyunlara yaxşı hazırlaması üçün yetərincə zamanı var.

- Heyəti komplektləşdirə bilmisiz?
- Xeyr. Hələ yeni oyunçularımız da olacaq. Bir neçə futbolçu ilə danışıq aparırıq. Bu, xüsusilə hücum xəttinə aiddi. Sadəcə, baş məşqçimiz iki variant arasından düzgün seçim etməlidi.

- “Neftçi” ilə oyunlardan nə gözləyirsiz?
- Bu, güclü komandadı. Amma biz “Neftçi”dən də güclü rəqiblə qarşılaşa bilərdik. Bilirik ki, bu komanda son mövsümdə Avropa Liqasının qrup mərhələsində oynayıb. Məsələn, səfərdə Milan “İnter”i, Serbiya “Partizan”ı ilə heç-heçə ediblər. Biz bu komanda barədə məlumat toplamağı da unutmuruq.

- Mümkün uğursuzluqdan çəkinmirsiz?
- Uğursuzluq da müxtəlif cür olur. Məsələn, çox yaxşı oynayıb, uduza bilərik. Amma “Skenderbeu”da məğlubiyyət haqda heç kim düşünmür. Əgər eləsi olsa, qoy desin, biz ona əvəzləyici taparıq.