2 iyul 2013 15:14
Simurqun sabiq hücumçusu Polşa klubunda
“Simurq”un sabiq hücumçusu Marçin Burhard özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Polşanın “Zawisza” klubunun şərəfini qoruyacaq.
Zaqatala klubunun keçmiş forvardı artıq yeni komandası ilə münasibətlərini rəsmiləşdirib. Qeyd edək ki, “Zawisza” Polşa çempionatının yüksək liqasının debütantıdı. Bu komanda ilk dəfə elitada oynamaq hüququ qazanıb.
Maraq üçün xatırladaq ki, Burhard son mövsümdə “Simurq”da çıxış edirdi.
