2 iyul 2013 15:26
Maksim Medvedev Metallurga qarşı oynaya bilər
Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” bu turnirin birinci təsnifat mərhələsində Skopye “Metallurg”u (Makedoniya) ilə ilk oyun öncəsi ciddi itki ilə üzləşib. Azeisport.az xəbər verir ki, Ağdam klubu çətin səfər matçında aparıcı müdafiəçisi Maksim Medvedevin xidmətindən yararlanmaya bilər.
Buna yığmamızın üzvünün son yoxlama oyununda aldığı zədə səbəb olub. Nəticədə, həkimlər Medvedevin bir müddət yaşıl meydanlardan kənar qalmasının vacibliyini bildiriblər. Lakin baş məşqçi Qurban Qurbanov ehtiyac duyulacağı təqdirdə ona da bu görüşdə şans verə bilər. Hər şey futbolçunun oyun öncəsi hansı durumda olmasından asılıdı.
Qeyd edək ki, “Metallurg” – “Qarabağ” matçı bu gün Skopyedə keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
