2 iyul 2013 15:48
“İlk oyunda qələbə qazanmaq istəyirik”
Hərbçilər arasında keçiriləcək dünya çempionatında qüvvəsini sınayan Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov bu gün Maliyə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu gün komandamız dünya çempionatının açılış matçına çıxacaq. Hazırda bu oyun üçün start heyətini müəyyənləşdirməyə çalışırıq. Ümid edirəm ki, futbolçularımız bizi öz oyunları ilə sevindirəcəklər. Təbii ki, ilk oyunumuzda qələbə qazanmaq istəyirik”.