2 iyul 2013 16:01

Qurban Qurbanov: Bu, 4:1 hesabıyla məğlub etdiyimiz Metallurg deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
 
- UEFA-nın məlum qərarı hazırlıq planlarınıza çoxmu təsir etdi?
- Biz Skopyeyə oyundan iki gün öncə getmək istəyirdik ki, yerli şəraitə uyğunlaşaq. Amma UEFA-nın bu qərarı planlarımızı korladı. Təyyarəyə bilet tapmaq çox çətin oldu. Gördüyünüz kimi, oyundan bir gün öncəyə nəzərdə tutulan məşqimiz də baş tutmadı. Əlimizdən gələni edirik ki, bu, oyunumuza təsir göstərməsin. Eyni zamanda istisna etmirəm ki, yorğunluq öz sözünü desin.
 
- Deməli, hər şey istədiyiniz kimi alınmadı?
- Oyun günü səhər məşq etdik. Fikrimcə, öhdəsindən gələ biləcəyik. Əsas çətinlik ondan ibarətdi ki, bu, bizim ilk oyunumuzdu.
 
- Rəqibi öyrənə bilmisiz?
- Bəli. Onların dörd oyununu izləmişəm. Komanda çox dəyişilib. Təbii ki, yaxşı mənada. Bu, artıq bizim 4:1 hesabıyla məğlub etdiyimiz “Metallurg” deyil. Çempionatda ikinci yeri tutublar. Çempion “Vardar”dan heç nədə geri qalmırlar.
 
- “Metallurg”luların oyun öncəsi açıqlamaları ilə tanış olmusuz?
- Bəli. Hiss olunur ki, rəqib öz gücünə inanır. Bakıdakı 1:4 hesablı məğlubiyyətin təsadüfi olduğunu düşünürlər. Qarşıdakı oyunlarda bunun təkrarlanmasını istəmirlər. Görünür, bizi yaxşı öyrəniblər və revanş almaq istəyirlər.
 
- Bəs siz onların sözlərinə cavab olaraq nə deyə bilərsiz?
- Rəqibə cavab verməyəcəm. Sadəcə onu deyə bilərəm ki, bu sözləri bizi daha da güclü motivasiya edir. Mən də öz futbolçularımı bu oyuna kökləməyə çalışıram. Uşaqlar rəqibə ciddi yanaşmalıdılar. Bizə üç il öncə ilə müqayisədə daha çətin olacaq.
 
- “Qarabağ”dan nə gözləyək?
- Mümkündü ki, oyunumuzda müəyyən çatışmazlıqlar olsun. Necə də olmasa, mövsümün ilk rəsmi oyunudu. Ola bilər ki, komandadan gözlənilən oyunu sərgiləyə bilməyək. Amma ümid edirəm ki, bu, bizim münasib nəticə qazanmağımıza problem yaratmayacaq.
 
- Məsələn, qollu heç-heçə sizə sərf edəcək?
- Niyə də yox? Amma qələbə qazanmağı daha çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.