2 iyul 2013 16:33
Slima - Xəzər Lənkəran matçı canlı yayımda, Metallurg - Qarabağ matçı göstərilmir
Məlum olduğu kimi, bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iki Azərbaycan klubu da meydana çıxacaq. Azerisport.az xəbər verir ki, “Qarabağ” səfərdə Makedoniya “Metallurg”unun, “Xəzər Lənkəran” isə Malta “Sliema”sının qonağı olacaq.
Təəssüf ki, azərbaycanlı azarkeşlər bu oyunların hər ikisini televiziya vasitəsi ilə canlı izləyə bilməyəcəklər. Belə ki, “Metallurg” – “Qarabağ” görüşü ölkəmizdəki futbolsevərlərə göstərilməyəcək.
Amma “Sliema” – “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq. Maltada baş tutacaq görüşü “İdman Azərbaycan” telekanalı canlı nümayiş etdirəcək.
Qeyd edək ki, hər iki oyun bu axşam, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
