2 iyul 2013 16:48
Ansi Aqolli: Metallurgla oyunda yaxşı nəticəyə nail olmaq üçün...
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün Makedoniya “Metallurg”una qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yaxşı hazırlıq keçmişik. Komanda yeni futbolçularla güclənib. Amma “Metallurg”la oyunda yaxşı nəticəyə nail olmaq xeyli güc sərf etməliyik. Başa düşürük ki, çətin olacaq. Lakin hesab edirəm ki, biz müsbət nəticə ilə qayıdacaq gücdəyik”.